Karantin qaydalarını pozan 423 sürücü cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan 423 sürücü cərimələndi

12:21 - 06 / 05 / 2020
Karantin qaydalarını pozan 423 sürücü cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən 1news.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.05.2020-ci il saat 00:00-dan 06.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48 386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər