Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarının başlayacağı vaxtdan danışıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarının başlayacağı vaxtdan danışıb

17:38 - 07 / 05 / 2020
Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarının başlayacağı vaxtdan danışıb

Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Müsahibələr onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək”.

S.Xankişiyeva

 

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər