Universitetlərdə yay imtahan sessiyasının vaxtı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitetlərdə yay imtahan sessiyasının vaxtı açıqlandı

17:42 - 07 / 05 / 2020
Universitetlərdə yay imtahan sessiyasının vaxtı açıqlandı

Ali məktəblərdə yay imtahan sessiyasının iyun-iyul ayları ərzində həyata keçirilməsi nəzərdə tutulur.

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il ali məktəblərdə tədris ilinin uzadılması nəzərdə tutulmur: “Bir sıra ixtisaslar üzrə imtahanlar onlayn formatda olacaq. Bu mümkün olmadıqda ənənəvi qaydada imtahanlar təşki oluna bilər”.

Nazir əlavə edib ki, iyun-iyul aylarında imtahan sessiyasında hazır olmayan tələbələr bu barədə ali məktəbləri məlumatlandırmalıdırlar. Belə tələbələr üçün tədris ili öncəsi ayrıca imtahan sessiyası təşkil olunacaq.

Qafar Ağayev

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər