Müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulunun vaxtı açıqlanıb

"Müəllimlərin müddətli müqavilə əsasında işə qəbulunun müsahibə mərhələsinə bu il onlayn formada imkan yaradılıb. İki həftə ərzində 1400-ə yaxın müəllimin daimiləşməsi nəzərdə tutulub".
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, müəllimlərin yerdəyişməsi elektron formada may və iyun aylarında həyata keçiriləcək: "Müəllimlərin mərkəzləşmiş qaydada iş qəbulunun bu il iyulun ikinci yarısı və avqustda keçirilməsi nəzərdə tutulur".
1news.az
487