İlham Əliyev Azərbaycan həkimlərini alqışlayıb – VİDEO

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib
Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşdülər.
Dövlətimizin başçısı İlham Əliyev görüşdə nitq söylədi.
Görüşün sonunda dövlət başçısı həkimləri alqışlayaraq qeyd edib ki, bu alqışlar Azərbaycan həkimlərinin şərəfinədir.
S.Xankişiyeva
745