Daha 615 sürücü cərimələndi - Karantin qaydalarını pozduğuna görə | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 615 sürücü cərimələndi - Karantin qaydalarını pozduğuna görə

09:44 - 07 / 05 / 2020
Daha 615 sürücü cərimələndi - Karantin qaydalarını pozduğuna görə

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.05.2020-ci il saat 00:00-dan 07.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən(BDYPİ) 1news.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev 

 
Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər