Bakı Metropoliteni fəaliyyətini bərpa edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropoliteni fəaliyyətini bərpa edir

14:25 - 08 / 05 / 2020
Bakı Metropoliteni fəaliyyətini bərpa edir

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq "Bakı Metropoliteni"nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

Bu barədə 1news.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

"Bakı Metropoliteni" pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Qafar Ağayev

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər