TƏBİB-in İdarə Heyəti yanında “Tibbi-Elmi Komitə”nin iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in İdarə Heyəti yanında “Tibbi-Elmi Komitə”nin iclası keçirilib

15:02 - 08 / 05 / 2020
TƏBİB-in İdarə Heyəti yanında “Tibbi-Elmi Komitə”nin iclası keçirilib

​Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib.

TƏBİB-dən 1news.az-a veril'n məlumata görə, İclası giriş sözü ilə açan TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivsində ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə bir çox mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, artıq ölkədə ağır koronavirus xəstələrinin müalicəsi üçün “İmmun Plazma müalicəsi” metodunun tətbiq edilməsinə başlanılıb.
İclasda, Koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsindəki elmi yeniliklər və ölkəmizdə tətbiqi ilə bağlı aparılan tibbi-elmi tədbirlərlə əlaqədar müxtəlif səpkili məsələlər müzakirə edilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.

Qafar Ağayev

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər