Zaur Hüseynov: Sərnişinlər metroda tibbi maska taxmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaur Hüseynov: Sərnişinlər metroda tibbi maska taxmalıdır

17:14 - 08 / 05 / 2020
Zaur Hüseynov: Sərnişinlər metroda tibbi maska taxmalıdır

“Sərnişinlərdən tibbi maska taxmaq tələb ediləcək”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

“Bunu metro polisi və əməkdaşlar sərnişinlərdən tələb edəcək. Sosial məsafənin qorunması vacibdir. Sərnişinlərin sosial məsafənin qorunması üçün istiqamətləndirici işarələrdən istifadə ediləcək. Bununla belə, sosial məsafənin qorunması yenə də sərnişinlərdən asılıdır”.

S.Xankişiyeva

 

Paylaş:
1305

Son xəbərlər

Bütün xəbərlər