Pontifik Şurasının prezidenti müsəlmanlara təbrikində Bakıdan danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Pontifik Şurasının prezidenti müsəlmanlara təbrikində Bakıdan danışdı

17:17 - 08 / 05 / 2020
Pontifik Şurasının prezidenti müsəlmanlara təbrikində Bakıdan danışdı

Cari il mayın 1-də Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.

1news.az-ın məlumatına görə, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa aşağıdakı istinad yer alır:

“Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir.”

Müraciətin tam mətni ilə burada tanış ola bilərsiniz.

1news.az

Paylaş:
912

Son xəbərlər

Bütün xəbərlər