Metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq

17:30 - 08 / 05 / 2020
Metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq

“Tibbi maskadan istifadəyə görə cərimələmə Bakı Metropoliteninin səlahiyyətində deyil”.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O deyib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliteni nəzdindəki polis şöbəsi yerinə yetirəcək: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik”.

Z.Hüseynov deyib ki, 25 metro stansiyasının 17-də aptek var: “Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər