“Bakı Metropoliteni” QSC sədri: Bütün metro stansiyaları dezinfeksiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni” QSC sədri: Bütün metro stansiyaları dezinfeksiya olunub

17:29 - 08 / 05 / 2020
“Bakı Metropoliteni” QSC sədri: Bütün metro stansiyaları dezinfeksiya olunub

Bütün metro stansiyaları dezinfeksiya olunub

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

“Bütün metro stansiyaları dezinfeksiya olunub. Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır”.

O, sözlərinə əlavə edib ki, iş günlərində qatarlar ən mükəmməl qrafiklə hərəkət edəcək:

“Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq. Bütün bunlar metropoliten işçilərinin və sərnişimlərin məsuliyyətli olması üçündür”.

S.Xankişiyeva

 

 

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər