Sədr: Metro yenidən bağlana bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sədr: Metro yenidən bağlana bilər

17:42 - 08 / 05 / 2020
Sədr: Metro yenidən bağlana bilər

Metro stansiyalarında sıxlığın aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib:

“Bununla bağlı stansiyalada sərnişinlərə nəzarət ediləcək. Əgər sıxlığı aradan qaldırmaq mümkün olmasa, metronun fəaliyyəti yenidən bağlana bilər. Bu, istisna deyil. Amma biz çalışacağıq ki, sıxlığın aradan qaldırılması üçün bütün üsullardan istifadə edək”

S.Xankişiyeva

 

 

 

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər