#Bizbirlikdəgüclüyük: Nisanov Bakıya 10 təcili yardım maşını göndərdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#Bizbirlikdəgüclüyük: Nisanov Bakıya 10 təcili yardım maşını göndərdi – FOTO

20:20 - 08 / 05 / 2020
#Bizbirlikdəgüclüyük: Nisanov Bakıya 10 təcili yardım maşını göndərdi – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir.

1news.az-ın verdiyi xəbərə görə, dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib.

Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.

Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.

S.Xankişiyeva

Paylaş:
1486

Son xəbərlər

Bütün xəbərlər