Yol polisi karantin qaydalarını pozan 434 sürücünü cərimələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi karantin qaydalarını pozan 434 sürücünü cərimələdi

11:56 - 08 / 05 / 2020
Yol polisi karantin qaydalarını pozan 434 sürücünü cərimələdi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər