“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - FİLM | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - FİLM

14:33 - 09 / 05 / 2020
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - FİLM

8 May 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan  “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” Filmi ilk dəfə National Geographic kanalında nümayiş olunub.

1news.az xəbər verir ki, Faşizm üzərində Qələbənin 70 illik yubileyi üçün çəkilən bu möhtəşəm sənədli film dünyanın yüz minlərlə izləyicisi tərəfindən müxtəlif dillərdə izlənilib.

Tamaşaçılar İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının şücaətləri haqqında məlumat əldə etməklə yanaşı, eyni zamanda faşizm üzərində Qələbənin əldə olunmasında Bakı neftinin strateji əhəmiyyəti haqqında məlumat əldə ediblər.

Bu mənzərənin ortaya çıxmasında iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk və belə bir fürsəti olmayanlara da filmə baxmağı məsləhət görürük.

Qələbə gününüz mübarək!

Film Haqqında

2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi çəkilib. 2015-ci il mayın 4-də Heydər Əliyev Mərkəzində filmin təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Filmdə ikinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

Layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

1news.az

Paylaş:
1432

Son xəbərlər

Bütün xəbərlər