Deputat Şahin Seyidzadə yeni mükafatın təsis olunmasını təklif etdi

Bu gün, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə "Könüllülər ili" ilə əlaqədar millət vəkilləri, Azərbaycan Respublikası Gənclər Fondu və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə gənclər təşkilatlarının fəaliyyəti haqqında onlayn konfrans keçirildi.
1news.az xəbər verir ki, Milli Məclisin deputatı Şahin Seyidzadə bir çox məsələlərlə bağlı çıxıb edib. Deputat bildirib ki, Azərbaycanda könüllülüyün 3 inkişaf mərhələsi var. Bunlar könüllü fəliyyətinin formalaşması, könüllü hərəkatının formalaşması və kütləvi hal alınması, könüllülüyün təşkilatlanması və institutlaşdırılmasıdır.
Könüllü mükafatının təsis edilməsi ilə bağlı danışan Şahin Seyidzadə bildirib:
“2020-ci il cənab Prezident imzaladığı Sərəncama əsasən "Könüllülər ili" elan edilmişdir. Bunu və xüsusi olaraq pandemiya dövründə könüllələrin fəallığını nəzərə alaraq, ilin yekununda "Könüllü mükafatı"ının təsis edilməsini təklif edirəm. Hətta bizim bunu daha sonra ənənəvi olaraq hər il gerçəkləşdirməyimiz mümkündür”.
Deputat deyib ki, Könüllü fəaliyyəti bir növ ictimai inkubatordur.
“Gənclərimiz, nəinki gənclər, hətta digər yaş qruplarından olan şəxslərin könüllü olaraq göstərdiyi fəaliyyətlər ictimai inkubasiya prosesinin bir hissəsidir. Əlbəttə ki, bundan daha çox töhfə alan bizim gənclərimizdir. Onlar könüllülük fəaliyyətinə başlayaraq ictimai proseslərə qoşulurlar. Artıq onlar bir inkubasiya prosesinə daxil olur və nəticədə təcrübə, bilik, vərdişlər və əlaqələr əldə edir. Bu qazanılanlar isə onların uğurlu və peşəkar gələcəyini qurması üçün zəmin yaradır”.
1news.az