Koronavirus Azərbaycanda: 143 yeni yoluxan, 3 ölən, 44 sağalan var - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 143 yeni yoluxan, 3 ölən, 44 sağalan var - RƏSMİ

17:08 - 09 / 05 / 2020
Koronavirus Azərbaycanda: 143 yeni yoluxan, 3 ölən, 44 sağalan var - RƏSMİ

Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 44 nəfər isə müalicə olunaraq sağalıb evə buraxılıb. 

1news.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib. 

R.Bayramlı deyib ki, bu gün 7420 test aparılıb.

"COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir". 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılmışdır.

Qafar Ağayev

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər