Ramin Bayramlı: Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb

17:19 - 09 / 05 / 2020
Ramin Bayramlı: Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb

Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

“Sağalmış xəstələrdən immun plazma əldə edilib. Artıq ilk ağır reanimasyon xəstələrə plazma köçürülüb. Bunun nəticələri barədə əlavə məlumat veriləcək”.

Onun sözlərinə görə, ölkədə çarpayı fondunun kifayət qədər olmasına baxmayaraq, yeni istifadəyə verilən ilk modul tipli xəstəxana çarpayı fondunun daha da artmasına imkan verdi.

S.Xankişiyeva

 

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər