Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr – STATİSTİKA

17:25 - 09 / 05 / 2020
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr – STATİSTİKA

Azərbaycanda regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikası açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Bakı 47,5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9,4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib”.

“Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır”, - deyə R.Bayramlı bildirib.

R.Bayramlı sözlərinə əlavə edib ki, hazırda 771 nəfər aktiv xəstə var, 1620 nəfər sağalıb. Reanimasiya və intensiv terapiya şöbələrində 22 xəstə var, onun 9-u süni tənəffüs aparatına qoşulub.

S.Xankişiyeva

 

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər