Azərbaycanda bayram günləri və həftə sonlarında hərəkət tam məhdudlaşdırıla bilər - RƏSMİ

“Ola bilsin ki, həm bayram günlərində və həftə sonlarında məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı operativ qərargaha müraciət etdik”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
R.Bayramlı bildirib ki, bu müraciət vətəndaşların necə davranacağından aslıdır.
“Hər bir vətəndaşımız bilməlidir ki, tibbi maskalardan istifadə məcburidir. Bu gündən metrolarımız da açılıb, metrolarda və bütün qapalı məkanlarda mütləq maskadan istifadə olunmalıdır. Möhtərəm Prezident modul tipli xəstəxananın açılışında bu istiqamətdə öz iradlarını bildirmişdi. Hər birimiz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”.
Qafar Ağayev