Hande Harmancı: Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də fərqlənir

“Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də fərqlənməkdədir, ÜST ilə əməkldaşlıq şəraitində çalışır”.
1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
H. Harmancı deyib ki, Azərbaycan iki dəfə ÜST-ə 5 milyon dollar yardım ayırıb : “Biz bu dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik”.
ÜST Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizə dövlətin sosial siyasətində mühüm istiqamət təşkil edir: “Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirmək üçün "REACT-C19" layihəsi çərçivəsində Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycana gəlib və artıq Bakıda işlərini başa çatdırdıqları üçün Gəncə, Goranbay, Ağdaş və Şəmkirə yola düşüblər. Həkimlər və orta tibb işçiləri üçün təlimlərə start veriblər. Onlar 2 həftə bu rayonlarda fəaliyyət göstərəcək, daha sonra növbəti iki həftəlik təlimlərə hazırlaşmaq üçün Bakıya qayıdacaqlar”.
Qafar Ağayev