65 yaşdan yuxarı olanlarla bağlı məhdudiyyət götürülə bilər? - TƏBİB sədrindən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

65 yaşdan yuxarı olanlarla bağlı məhdudiyyət götürülə bilər? - TƏBİB sədrindən açıqlama

17:56 - 09 / 05 / 2020
65 yaşdan yuxarı olanlarla bağlı məhdudiyyət götürülə bilər? - TƏBİB sədrindən açıqlama

“Önümüzdəki günlərdə 65 yaşdan yuxarı olanlara karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilə bilər. Bu bizim gündəmimizdədir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

“Ancaq bir daha qeyd etmək istəyirəm ki, burada bizim gənclərin öz böyüklərini qorumaq atacağı addımlardan, davranışlarından çox şey aslıdır. Biz sosial məsafəni gözləməli, fərdi qoruyucu vasitələrdən istfadə etməliyik”.

Qafar Ağayev

Paylaş:
979

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər