Bölgələrdə karantin rejimi yenidən sərtləşdiriləcək?

“Karantin rejimi yumşaldılan rayonlarda statistik göstəricilər dəyişərsə narıncıya, hətta qırmızya doğru getmək və ya əksinə yaşıl zonalara getmək gündəmdə olacaq”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
R.Bayramlı bildirib ki, bu günki statistik göstəricilər həmin bölgələrdə karantin rejimini təkrar sərtləşdirməyimizə, dolayısıyla sarı sahənin narıncı sahəyə çevrilməsinə əsas vermir.
Qafar Ağayev
930