Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

18:24 - 09 / 05 / 2020
Böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir

İri  ticarət mərkəzlərinin açılması məsələsi də gündəmizdədir, bununla bağlı müzakirələr davam edir.

1news.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, böyük ticarət mərkəzlərinin mayın sonuna kimi açılması gözlənilmir: “Amma təbii ki, Nazirlər Kabineti yanında operativ qərargah bütün statistik göstəriciləri təhlil edərək bununla bağlı qərar verəcək. Ola bilsin ki, gələcək günlərdə ticarət mərkəzləri açılsın. Amma mərkəzlərin içində yoluxma sayını artıra bilən sahələrdə, məsələn, uşaqlar üçün əyləncə mərkəzlərində, qida bölmələrində məhdudiyyətlər qoyula bilər”.

Qafar Ağayev

Paylaş:
1005

Son xəbərlər

Bütün xəbərlər