Caspian European Club-un təşkil etdiyi onlayn B2G forumun qonağı Tahir Mirkişili olub

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə keçirilmiş və iki saat yarım davam edən onlayn B2G forum çərçivəsində sahibkarların COVİD-19 koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub və onların təklifləri dinlənilib.
Bu barədə 1news.az-a Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İki saatdan artıq davam edən virtual müzakirələr zamanı Tahir Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb, həmçinin sahibkarların təkliflərini dinləyib.
Onlayn B2G forum çərçivəsində müzakirələrdə həmçinin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin birinci müavini Natiq Həsənov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin birinci müavini Natıq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq müzakirələrə hazır olduğu üçün Tahir Mirkişiliyə minnərdarlığını ifadə edib və dialoqun gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib.
Telman Əliyev məsələləri operativ həll etmək və faydalı müzakilər keçirmək imkanı verən Caspian European Club-un onlayn platformalarının işinin səmərəliliyini qeyd edib.
Caspian European Club-un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirdiyi B2G forumlar dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecrləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əalvə imkanlar yaradır. Aprelin 22-dən B2G forumlar hər həftə onlayn rejimdə keçirilir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
1news.az