Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

12:48 - 09 / 05 / 2020
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev və Salyan rayon sakini R.Məmmədov saxlanılıb.

1news.az-ın məlumatına görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılıb. Aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər