Heydər Əliyev – qəlblərdə əbədiyaşar lider! | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev – qəlblərdə əbədiyaşar lider!

11:40 - 10 / 05 / 2020
Heydər Əliyev – qəlblərdə əbədiyaşar lider!

10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür.

Bu günlər Azərbaycanın bütün guşələrində, elcə də dünyanın bir çox ölkələrində  xalqımızın böyük oğlu, ümummilli liderimiz unudulmaz Heydər Əliyevin andan olmasının 97-ci ildönümü qeyd edilir, onun işıqlı xatirəsi anılır.

Bu, böyük mənada tanrının tam və bütöv yaratdığı şəxsiyyətlər haqqında söz demək, mütləq həqiqətin özünü ifadə edən fikir söylətmək qüdrəti qədər insan iradəsinin möhtəşəmliyinə söykənən çətin, məsuliyyətli və bir o qədər də şərəfli bir işdir.

Ulu öndər haqqında böyük məmnuniyyətlə qələmə aldığım bu kiçik yazımda əminliklə deyə bilərəm ki, onun haqqında nə yazsan az olar... Bu deyilənlərin meyarının mənbəyi haqqında yazmaq istədiyim insanın şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir. 

Bütün bu insani dəyərlərin əbədi daşıyıcısı olan Ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuş dahi şəxsiyyətilə biz gənclər də fəxr edirik.

Xalqımızın tarixinin taleyüklü hadisələrlə zəngin, dilemmalarla üz-üzə qaldığı çox məsuliyyətli hadisələrin baş verdiyi dövrü bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ağır sınaqlarından uğurla çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsdir.

Heydər Əliyev hansı vəzifədə işləməsindən, hansı şəraitdə  olmasından asılı olmayaraq ona münasibətin vahid ünvanı və məzmunu ümumxalq məhəbbəti olmuşdur.

O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan vermiş, qısa müddət ərzində bütün istiqamətlərdə naliyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atmışdır. Sovetlər dönəmindən başlamış Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqamətini milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir. Məhz bu səbəbdən Heydər Əliyev sayəsində Hüseyn Cavid, Mikayıl Müşviq kimi represiya qurbanları olan milli ruhda əsərlər yazmış görkəmli yaradıcı adamalar tarixdən silinməkdən və unutqanlıq əsarətindən xilas edilmiş, onların həyat və yaradıcılığının ölkənin ali və orta məktəblərində tədris olunmasına başlanmışdır.

Azərbaycanın milli maraqlarının daşıycısı olan bir çox ziyalılar zamanın sərt təqiblərindən yaxa qurtarmış və uzun müddət xalqa xidmət etmək imkanı əldə ediblər.

1969-1982-ci illərdə Azəribaycanın quruculuq salnaməsinin ən dolğun səhifələri, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya prosesinin bugünkü etibarlı təməli məhz həmin illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.

İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərarqəbuletmə qabliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir və öyrənilir.

Beynəlxalq normalara əsaslanan demokartik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyən edilməsi kimi mühüm məsələlərin həlli şəxsən Heydər Əliyevin xidmətləridir.

Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır.  Dövlətçiliymizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərmizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnmişdir.

Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir. Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, bütövlükdə sosial seferanın bütün sahələrində mövcud dəyərlərin qorunub saxlanılması, hər bir sahə üzrə yüksək nailiyyətlərə nail olunması istiqamətində irimiqyaslı islahatlar həyata keçirilməkdədir. Azərbayacan xalqına məxsus ümumbəşəri dəyərləri özündə əks etdirən nadir maddi mədəniyyət nümunələrinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alması bunun bariz nümunəsidir.

Qeyd olunan sahələrə Heydər Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, hazırda elmin inkişafı, təhsilin tərəqqisi, əhalinin sağlamlığı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği sahəsində onlarla dövlət proqramı, regional inkişaf proqramları, xüsusi tədbirlər planı və konsepsiyalar yerinə yetirilməkdədir.

Memarı olduğu müstəqil Azərbaycan dövləti, layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası Heydər Əliyevin bizə əmanətidir. Vətəni göz bəbəyi kimi qorumaq, inkişaf etdirmək, qüdrətlənməsi naminə möhtərəm Prezidentimizin ətrafında birləşmək biz gənclərin borcudur.

Azərbaycan xalqı sizin əvəzsiz xidmətlərinizi heç zaman unutmayacaq! 

Ruhun şad olsun Ulu Öndər!

Aydın Tağıyev

Paylaş:
3955

Son xəbərlər

Bütün xəbərlər