Eldar Əzizov: “Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq”

Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".
1news.az
905