Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır

13:10 - 11 / 05 / 2020
Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlanır

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlanır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər