Bakıda bu xəstəxana bağlandı, həkimlər və xəstələr binadan buraxılmır - RƏSMİ

Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.
1news.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb. Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "baku.ws" saytına bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb:
"Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”.
1news.az
746