Nazirlik peşə məktəblərinə qəbulun vaxtını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik peşə məktəblərinə qəbulun vaxtını açıqladı

18:30 - 11 / 05 / 2020
Nazirlik peşə məktəblərinə qəbulun vaxtını açıqladı

Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər