Kürdəmirdə hamilə qadını qaynı güllələyib – VİDEO

Kürdəmirdə hamilə qadını qaynı güllələyib.
Hadisə rayonun Sığırlı kəndində baş verib.
Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən R.Mövlayev polis tərəfindən saxlanılıb.
Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.
REAL.tv
S.Xankişiyeva
596