“Mərcan” Qələbənin 75 illiyi münasibətilə veteranları ziyarət edib – VİDEO

Hər il bayramı cəmiyyət içində keçirən Böyük Vətən müharibəsi veteranları bu il evdə qalsalar da, diqqətdən qalmayıblar.
“Mərcan”, “Baku Roses”, “Balayi” istehsalçıları faşizm üzərində qələbənin 75-ci il dönümünü bu qələbədə əməyi olan veteranları ziyarət etməklə qeyd etdi.
“Hər bir qayğıya, diqqətə layiq veteranlar bizim qızıl fondumuzdur. Bu canli əfsanələrə yaşadığımız pandemiya dövründə də diqqətimizi əskik etməməyə çalışdıq. Onlara kiçik hədiyyələrdən başqa böyük mənəvi əhəmiyyəti olan məktublar gətirmişik. Bu məktubları cəmiyyətimizin gənc ziyalıları yazib. Biz qəhrəmanlarımıza dünənimiz, bugünümüz və sabahımız üçün hər zaman minnətdar olmalıyıq” - deyə şirkətin PR və Kommunikasiya meneceri qeyd edib.
Şirkət təmsilçisi baş çəkdikləri veteranların məmnunluğunu ziyarətlərinin uğuru kimi dəyərləndirdi.
Reklam hüququnda