Sabunçuda BMW dərədən aşırılıb – VİDEO

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində BMW markalı maşın dərədən aşırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib:
“Bakıxanov qəsəbə sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb.
O bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də avtomobili dərədən aşırıb”.
S.Xankişiyeva
748