Kamil Zeynallının həbsinin təfərrüatı bilindi – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamil Zeynallının həbsinin təfərrüatı bilindi – YENİLƏNİB

22:44 - 12 / 05 / 2020
Kamil Zeynallının həbsinin təfərrüatı bilindi – YENİLƏNİB

“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.

Bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

20:39

Tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə onun Instagram səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, K.Zeynallı karantin qaydalarını pozduğuna görə 10 sutka inzibati həbs olunub.

Qeyd edək ki, hələlik Daxili İşlər Nazirliyi məsələ ilə bağlıq rəsmi açıqlama yaymayıb.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Kamil Zeynallı (@kamilzeynalli)

S.Xankişiyeva

 

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər