Kürdəmirdə dəhşət: Hamilə qadın qaynı tərəfindən güllələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə dəhşət: Hamilə qadın qaynı tərəfindən güllələndi

09:55 - 12 / 05 / 2020
Kürdəmirdə dəhşət: Hamilə qadın qaynı tərəfindən güllələndi

Kürdəmir rayonunda qadın güllələnib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

R. Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər