Hikmət Hacıyev: Azərbaycan koronavirusla mübarizədə görülən işlər dünyada nümunə kimi göstərilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan koronavirusla mübarizədə görülən işlər dünyada nümunə kimi göstərilir

17:14 - 13 / 05 / 2020
Hikmət Hacıyev: Azərbaycan koronavirusla mübarizədə görülən işlər dünyada nümunə kimi göstərilir

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüskək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Prezident İlham Əliyevə daha bir təşəkkür məktubu ünvanlayıb. Azərbaycan ÜST-ün rolunu çox yüksək qiymətləndirir və ÜST ilə Azərbaycan arasında yüksək təmas mövcuddur. Azərbaycan koronavirusa qarşı mübarizədə təşəbbüskar dövlət kimi seçililir”.

 

S.Xankişiyeva

 

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər