Mayda xaricdən təxliyə olunmuş Azərbaycan vətəndaşlarının sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayda xaricdən təxliyə olunmuş Azərbaycan vətəndaşlarının sayı açıqlandı

17:21 - 13 / 05 / 2020
Mayda xaricdən təxliyə olunmuş Azərbaycan vətəndaşlarının sayı açıqlandı

May ayı başlayandan indiyə qədər xaricdən təxliyə olunmuş Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Mayın 5-də quru sərhədi vasitəsilə 94 nəfər vətəndaşımızın İrandan Azərbaycana keçidi təmin olunub. İstanbuldan mayın 7-də 212 vətəndaş ölkəyə gətirilib. Mayın 8-də Daşkənddən 50 nəfər, mayın 11-də Baltikyanı ərazilərdəndən 52 nəfər, mayın 12-də Rusiyada təhsil alan azərbaycıların ölkəyə gətirilməsi təmin edilib. 124 nəfər Minskdən gətirilməsi həyata keçirilib. 14 mayda isə Kiyevdən 198 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur. Ölkəyə gətirilən şəxslər karantin müəssisələrinə yerləşdirilir və lazımi yardım göstərilir”. 

S.Xankişiyeva

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər