Emin Ağalarov həyat yoldaşından ayrıldı: Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı – FOTO   | 1news.az | Xəbərlər
Mədəniyyət

Emin Ağalarov həyat yoldaşından ayrıldı: Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı – FOTO  

20:42 - 13 / 05 / 2020
Emin Ağalarov həyat yoldaşından ayrıldı: Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı – FOTO  

Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan ayrıldıqları barədə açıqlama verib.

“Bu, həyatımızda həqiqətən xoşbəxt bir gün idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı, birlikdə keçirdiyiniz hər bir gün üçün və əlbətdə ki, gözəl qızımız Afina üçün səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi bir insansan.

Həyatımızdakı növbəti ən vacib mərhələ, əlbəttə ki, gözəl övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Birlikdə çox şeylərdən keçdik və sənə qarşı böyük hörmət və minnətdarlıq hissim var, bunu bütün ömrüm boyu saxlamaq istərdim” – bunu E.Ağalarov Instagram sosial şəbəkəsində həyat yoldaşı A.Qavrilova ilə toy mərasimindən arxiv fotosunu paylaşaraq yazıb.

Xatırladaq ki, E.Ağalarov ilə A.Qavrilova 2018-ci ilin iyul ayında evlənib. Və bu nikahdan cütlüyün Afina adlı qızı var.

S.Xankişiyeva

 

 

 

Paylaş:
27221

Son xəbərlər

Bütün xəbərlər