Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

22:27 - 13 / 05 / 2020
Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapıb.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar.

"Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir!"

S.Xankişiyeva

 

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər