Karantin qaydalarını pozan daha 341 sürücü cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan daha 341 sürücü cərimələndi

10:45 - 13 / 05 / 2020
Karantin qaydalarını pozan daha 341 sürücü cərimələndi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.05.2020-ci il saat 00:00-dan 13.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev 

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər