Türkanda yük maşını aşdı - Qaz xətti zədələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkanda yük maşını aşdı - Qaz xətti zədələndi

12:33 - 13 / 05 / 2020
Türkanda yük maşını aşdı - Qaz xətti zədələndi

Bakıda yük maşını aşaraq qaz xətti zədələyib.

1news.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində “Aqroprom bağları” deyilən ərazidə qeydə alınıb. Belə ki, "KAMAZ" markalı yük maşınının qəza törədməsi nəticəsində qaz xətləri zədələnib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, yük avtomobili aşaraq yol kənarındakı qaz xəttini dirəklərdən yerə salıb.

1news.az 

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər