Ötən gün 639 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 639 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə

13:11 - 14 / 05 / 2020
Ötən gün 639 sürücü cərimələndi - Karantin rejimini pozduğuna görə

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.05.2020-ci il saat 00:00-dan 14.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər