Ermənistanda fövqəladə vəziyyət bir ay uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanda fövqəladə vəziyyət bir ay uzadıldı

14:25 - 14 / 05 / 2020
Ermənistanda fövqəladə vəziyyət bir ay uzadıldı

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə hökumətin iclası zamanı qərar verilib.

Yeni qərara əsasən, fövqəladə vəziyyət iyunun 13-ü saat 17:00-dək davam edəcək.

Xatırladaq ki, Ermənistanda bir aylıq fövqəladə vəziyyət martın 16-da elan olunub, daha sonra aprelin 14-dək uzadılıb.

Bu günədək 3 860 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb.

1news.az

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər