Bakıda avtomobil qarət olundu

Bakıda avtomobil qarət olunub.
1news.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Həmin küçədə Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobil qarət olunub. Naməlum şəxs avtomobildə olan 1 200 manatı və 480 manatlıq mobil telefonu oğurlayıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
625