Xüsusi karantin rejimindən çıxışla bağlı 3-cü mərhələ başlayır - Nazirlər Kabineti | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi karantin rejimindən çıxışla bağlı 3-cü mərhələ başlayır - Nazirlər Kabineti

17:17 - 15 / 05 / 2020
Xüsusi karantin rejimindən çıxışla bağlı 3-cü mərhələ başlayır - Nazirlər Kabineti

Məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”.

S.Xankişiyeva

 

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər