İbrahim Məmmədov: Bugünkü gücümüz bizə yumşalma tədbirləri görməyə imkan verir

Yumşaldılmış karantin dövründə yoluxma halları müşahidə olunsa da, vəziyyət idarəolunandır.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Aidiyyəti qurumların yaratdığı maddi-texniki baza imkan verir ki, karantin qaydalarında yumşalma tədbirləri görülsün. İki ay ərzində karantin dövründə koronavirusa qarşı mübarizə üçün ölkə daxilində məhsulların istehsalına başlamışıq. Bəzi məhsullar üzrə idxalı minumuma endirmişik, bəzi məhsullar üzrə isə idxala ehtiyac olmayıb.
Modul tipli xəstəxanaların da tikintisinə başlanılıb. Artıq tibbi heyətin təşkilati gücü var. Ona görə də bugünkü gücümüz bizə yumşalma tədbirləri görməyə imkan verir".
S.Xankişiyeva