Ramin Bayramlı: Mayın 2-dən sonra yoluxma halları sürətlə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Mayın 2-dən sonra yoluxma halları sürətlə artıb

17:35 - 15 / 05 / 2020
Ramin Bayramlı: Mayın 2-dən sonra yoluxma halları sürətlə artıb

Aprelin 27-dən mayın 2-dək olan müddətdə koronavirusa aktiv yoluxma hallarının sayı sabitləşib, mayın 2-dən sonra yoluxma hallarının sayı davamlı olaraq artıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, mayın əvvəlindən yolxuma hallarının sayı yenidən artmağa başlayıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır:

“Hazırda 1 058 aktiv xəstə var. Onların 35-i reanimasiyada müalicə alır. Ümumilikdə, təhlillər göstərir ki, virusa yoluxanların 77,6 faizində simptomlar yüngül müşahidə edilir. Yoluxanların 11-12 faizində vəziyyət orta ağır, 4-5 faizində ağır kimi kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni tənəffüs cihazlarına ehtiyacı olub”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər