Nazirlər Kabineti: Narıncı zonada giriş-çıxış qadağası qüvvədədir

Karantin rejimi tam ləğv olunmayıb. Ona görə də postların ləğvi nəzərdə tutulmur".
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənir:
“Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək. Narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir”.
İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: "Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin".
S.Xankişiyeva
945